Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi www.azerp.az portalını 10 dekabr 2019-cu il tarixində təqdim etdi və “WWW.AZERP.AZ: MÜƏSSİSƏ RESURSLARININ PLANLAŞDIRILMASINA DƏSTƏK” mövzusunda tədbir keçirilib. Portal iqtisadiyyatın rəqəmsallaşması və sahibkarlara yeni imkanların yaradılması istiqamətində yeni bir layihədir.
Qeyd edək ki, www.azerp.az portalı dünyada getdikcə populyarlaşan açıq kodlu OpenERP sistemi əsasında qurulub. OpenERP iki mindən artıq professional proqramçı tərəfindən dəstəklənir və hazırda 2 mln. istifadəçisi var. AzERP web üzərindən işləyir və heç bir əlavə proqram təminatının qurulmasına ehtiyac yoxdur. Layihənin məqsədi Cloud SaaS servisi vasitəsilə sistemi Azərbaycan istifadəçiləri üçün lokallaşdırmaq, milli qanunvericiliyə uyğunlaşdırmaqla daha əl çatan etməkdir. AzERP üzrə mütəmmadi təlimlər təşkil ediləcəkdir. www.azerp.az portalı müəssisə resurslarının planlaşdırılmasına dəstək verməklə aşağıdakı funksionallıqlara malikdir: Mühasibat uçotu, HR menecmenti, istehsalın idarə edilməsi, multi kanal satışlar, satınalmalar, e-commerce, anbar idarəetmə, layihə idarəedilməsi, nəqliyyat parkının idarə edilməsi və CRM. www.azerp.az portalı Azərbaycan sahibkarlarına təmənnasız xidmət göstərməklə onların xərclərini qənaət etməyə və səmərəliliyi artırmağa imkan yaradacaqdır.
Məqsəd dünyada bu sahədə mövcud trendlərdən, eləcədə geniş istifadə edilən proqram təminatlarından, ERP və CRM sistemlərinin sahibkaralara və dövlətə verdiyi üstünlüklərdən və AzERP sisteminin iş prinsipi və funksional modulları haqqında geniş məlumat verməkdir. Məs bu platformanın istifadəsi və geniş tətbiqi perspektivdə Azərbaycanın transərhəd ticarət və xidmət əməliyyatlarının online həyata keçirilməsini və qlobal ERP istifadəçiləri şəbəkəsinə qoşulmasını daha asan edəcək.